HESAB
AzPixel'ə necə qeydiyyatdan keçə bilərəm?
Qeydiyyatdan keçmək üçün buraya klikləyin və qeydiyyat formasını doldurun.
Şifrəmi unutdum, nə edə bilərəm?
Buraya klikləyərək şifrənizi sıfırlaya bilərsiniz.
İstifadəçi adımı dəyişdirə bilərəm?
Xeyr, qeydiyyatdan keçdikdən sonra istifadəçi adını dəyişdirmək mümkün deyil.
Hesabımdakı AP-ni başqa oyunçuya göndərə bilərəm?
Xeyr, hesabınızdakı AP-ni başqa oyunçuya göndərə bilməzsiniz.
Hesabımdakı kosmetik əşyaları, Coin'ləri, səviyyəmi və s. başqa hesaba köçürə bilərəm?
Xeyr, hesabınızdakı hər hansı üzvlüyü, Coin'i və s. başqa hesaba köçürə bilməzsiniz.
Disguise rütbəsi almaq üçün nə etməliyəm?
Disguise rütbəsi almaq üçün aşağıdakı şərtləri qarşılamalısınız:
- Minimum 100 saat oyun vaxtı
- Minimum 1000 öldürmə
- Əvvəllər AzPixel serverləri ilə hər hansı problem yaşamamış olmalısınız
Əgər yuxarıdakı şərtləri qarşılayırsınızsa, info@azpixel.az ünvanına mail göndərərək müraciət edə bilərsiniz.
YouTuber rütbəsi almaq üçün nə etməliyəm?
YouTuber rütbəsi almaq üçün aşağıdakı şərtləri qarşılamalısınız:
- Kanalınızda minimum 5000 abunəçi olmalıdır
- YouTube kanalınızda AzPixel'də qeydə alınmış +30 videonun olması
- Son 30 gün ərzində minimum 10000 baxış
Əgər yuxarıdakı şərtləri qarşılayırsınızsa, info@azpixel.az ünvanına mail göndərərək müraciət edə bilərsiniz.
ŞİKAYƏT
Oyunda hilə istifadə edən birini gördüm, nə etməliyəm?
Oyun daxilində /report əmrini istifadə edərək oyunçunu hilə kateqoriyasında bildirə bilərsiniz. Daha sonra watchdog komandamız oyunçunu yoxlayaraq lazımi cəzanı verəcək.
Hesabımın haqsız yerə bloklandığını düşünürəm, nə edə bilərəm?
Hesabınızın haqsız yerə bloklandığını düşünürsünüzsə, Buraya klikləyərək Cəza Etirazı kateqoriyasında dəstək tələbi yarada bilərsiniz. Dəstək komandamız cəza etirazını yoxladıqdan sonra sizə geri dönüş edəcək.
XƏTALAR
Oyunda bir xəta tapdım, nə etməliyəm?
Buraya klikləyərək dəstək sistemi vasitəsilə bizimlə əlaqə saxlayıb xətanı bildirə bilərsiniz. Daha sonra inkişaf komandamız xətanı yoxlayaraq qısa müddətdə həll edəcək.
MARKET
AP nədir?
AzPixel marketində istifadə olunan virtual valyutadır. AP istifadə edərək AzPixel marketində olan məhsulları satın ala bilərsiniz.
VIP nədir?
VIP, AzPixel marketində olan və AP ilə satın alınan oyunçulara təqdim edilmiş xüsusi üzvlük növləridir.
Skin (Görünüş) nədir?
Skin və ya Görünüş, oyun daxilində karakter görünüşlərini üçün hazırlanmış şəkillərdır.
Pet (Ev heyvanı) nədir?
Pet və ya Ev heyvanı, oyun daxilində yanınızda müxtəlif ev heyvanı modellərini saxlaya biləcəyiniz kosmetik növüdür.
Coin nədir və necə qazana bilərəm?
Coin, oyun daxilində kosmetik əşyalar almaq üçün istifadə olunan virtual valyutadır. Oyun daxilində öldürmə, qazanma, yataq qırma, yumurta qırma və s. statistikalar hesabınıza coin qazandırır.
Başqa bir hesaba AP ala bilərəm?
Bəli, ödəmə zamanı Hədiyyə Məlumatı bölməsindən hədiyyə etmək istədiyiniz istifadəçi adını yazaraq hədiyyə AP göndərə bilərsiniz.
Hesabımdakı AP-ni başqa oyunçuya göndərə bilərəm?
Xeyr, hesabınızdakı AP-ni başqa oyunçuya göndərə bilməzsiniz.
Aldığım oyun daxili əşyanı itirdim/oğurlandı, nə etməliyəm?
Satın aldığınız məhsulun və ya kreditin təhlükəsizliyi tamamilə sizin məsuliyyətinizdədir. Məhsulun oğurlanması və ya itirilməsi halında geri qaytarılma edilmir.
ÖDƏMƏLƏR
Hansı ödəmə üsullarından istifadə edə bilərəm?
Mobil (Turkcell, Türk Telekom, Vodafone), Kredit və ya Bank Kartı, İninal, Papara və s. və ya Köçürmə üsullarından istifadə edə bilərsiniz.
Ödəmə edə bilmirəm, səbəbi nə ola bilər?
Ödəmə edə bilmirsinizsə, problem ödəmə etməyə çalışdığınız bank/operator ilə əlaqəli ola bilər. Bunun səbəblərindən bəziləri bunlardır:
- Ödəmə etməyə çalışdığınız bank/kredit kartının və ya telefonun internet ödəmələrinə qapalı olması
- Ödəmə etməyə çalışdığınız bank/kredit kartının və ya telefonun limitinin dolması/kifayət qədər balans olmaması
- Ödəmə etməyə çalışdığınız bank/kredit kartının bloklanması və ya istifadəyə qapalı olması
Adətən ödəmə alınmadıqda yaranan problemin məlumatı və səbəbi istifadəçinin telefonuna mesaj olaraq bildirilir.
SIRALAMA
Sezon sistemi nədir?
Sezon sistemi hər ay ən yaxşı oyunçuların mükafat aldığı bir sistemdir.
Ən yaxşı 3 oyunçuya aşağıdakı mükafatlar verilir:
- 7905 AP
- 5928 AP
- 3952 AP
AZPİXEL OYUNU
AzPixel necə oynanılır?
Buraya klikləyərək oyunu yükləyə bilər, daha sonra AzPixel oynamağa başlaya bilərsiniz.
AzPixel Launcher'da RAM ayarını necə dəyişə bilərəm?
AzPixel Launcher açdıqdan sonra ikona klikləyərək RAM bölməsindən dəyişə bilərsiniz.
AzPixel oyunu üçün sistem tələbləri nələrdir?
AzPixel sistem tələbləri (Minimum):
- Əməliyyat Sistemi: Windows 7
- Prosessor: Intel Pentium D və ya AMD Athlon 64 (K8) 2.6 GHz
- Yaddaş (RAM): 2 GB
- Qrafik Kart: Nvidia GeForce 9600 GT və ya Radeon HD 2400 OpenGL 3.1
- Yaddaş: 500 MB
AzPixel sistem tələbləri (Tövsiyə edilən):
- Əməliyyat Sistemi: Windows 7 / 8 / 10
- Prosessor: Intel i3 və ya AMD Athlon II (K10) 2.8 GHz
- Yaddaş (RAM): 6 və ya 8 GB
- Qrafik Kart: GeForce 2x Series və ya AMD Radeon HD 5x Series
- Yaddaş: 600 MB