MARKET AKSİYASI 🎮 %50 ENDİRİM FÜRSƏTI

QAYDALAR

AzPixel qaydaları və şərtləri

AZPİXEL XİDMƏT QAYDALARI

Son Yenilənmə: 05/04/2025 22:40

İşbu AzPixel Xidmət Qaydaları ("Xidmət Qaydaları") ilə, AzPixel tərəfindən sizə oyunlarımızı, tətbiqlərimizi, internet saytlarımızı və başqa xidmətlərimizi istifadə etmə və onlardan yararlanma icazəsi verilməsinin şərtləri müəyyənləşdirilir.

İşbu Xidmət Qaydaları siz ilə söz mövzusu quruluş arasında bir müqavilə xarakterindədir, AzPixel oyununa qeydiyyatdan keçərkən bu müqaviləni qəbul etmiş olursunuz. Şərtlər və qaydaların hər hansı birinə əməl edilmədiyi təqdirdə, AzPixel hesab ləğv etmə haqqını özündə saxlayır.

1. HESAB QEYDİYYATI

Hər hansı biri AzPixel xidmətinə qeydiyyatdan keçərək aşağıdakı şərtləri və qaydaları qəbul etmiş sayılır:

  • 13 yaşından böyük olmanız və ya valideynlərinizin icazəsini almış olmanız lazımdır.
  • AzPixel, hər hansı bir istifadəçi adını rədd etmə və ya əngəlləmə haqqını özündə saxlayır.
  • Qeydiyyatdan keçərkən həqiqi məlumatlarınızı istədiyinizdə verməyiniz lazımdır. (Ad Soyad, E-poçt və s.)
  • Qeydiyyatdan keçərkən Oyun Qaydalarını qəbul etmiş sayılırsınız.
  • Qeydiyyatdan keçərkən verdiyiniz məlumatların doğruluğunu qəbul etmiş sayılırsınız.
  • Giriş Məlumatlarınızı paylaşmış olsanız və ya hesabınızı və ya Giriş Məlumatlarınızı təhlükəsiz hala gətirməmiş olsanız, hesabınızda baş verəcək bütün itkilərdən siz məsuliyyət daşıyırsınız.
  • Qeydiyyatdan keçərkən hesabınızı satmamağı və ya başqasına ötürməməyi qəbul edirsiniz.
  • Hesab məlumatlarını heç kimlə paylaşmayacağınızı qəbul edirsiniz.

2. HESAB LƏĞVİ

AzPixel, aşağıdakı şərtlərdən birini aşkar etdikdə hesabınızı xəbərdarlıq etmədən ləğv etmə haqqını özündə saxlayır:

  • İşbu Xidmət Qaydalarının hər hansı bir maddəsini pozduqda (Oyun Qaydaları daxil),
  • AzPixel İcmasının və ya Xidmətimizin maraqları və ya üçüncü bir şəxsin hüquqlarının qorunması üçün lazım olduqda,
  • Etdiyiniz hər hansı bir ödənişi geri qaytardıqda,
  • Başqa birinə aid hər hansı bir ödəniş məlumatlarını icazəsiz/səlahiyyətsiz bir şəkildə istifadə etmiş olduqda.

3. İSTİFADƏ QAYDALARI

ŞƏRTLƏR

Bu veb saytına daxil olaraq, bu veb saytının Şərtlər və Qaydalarına, qüvvədə olan bütün qaydalarına və tənzimləmələrinə tabe olmağı qəbul edirsiniz və qüvvədə olan yerli qaydalara və şərtlərə əməl etməkdən məsuliyyət daşıdığınızı qəbul edirsiniz.

QADAĞAN EDİLMİŞ HƏRƏKƏTLƏR

  • Sizə bildirilmədiyi təqdirdə digər istifadəçilərdən məlumat toplamağa çalışmaq.
  • Hər hansı bir uyğunsuz məzmun paylaşmaq.
  • Zərərli hər hansı bir məzmun və ya virus yükləmək.
  • Hər hansı bir istifadəçiyə qarşı kobud davranmaq, təcavüz etmək və ya təhdid etmək.
  • Qanunsuz fəaliyyətlərdə iştirak etmək.
  • İrqçi və ayrı-seçkilik nitqləri etmək.
  • AzPixelin icazəsi olmadan hər hansı bir əngəlləmədən və ya uzaqlaşdırmadan qurtulmağa çalışmaq.

4. OYUN QAYDALARI

HİLƏ VƏ MOD İSTİFADƏSİ

  • AzPixel, hilə istifadəçilərini heç sevmir və ciddi cəzalar verir.
  • Oyuna əlavə müdaxilə edə biləcək mod/hilə istifadə etməməyi qəbul edirsiniz.
  • Regedit, timespeed və s. kimi yollarla oyunda ədalətsiz rəqabət yaratmamağı qəbul edirsiniz.

HESAB TƏHLÜKƏSİZLİYİ

Oyunçu qeydiyyatdan keçərkən hesab təhlükəsizliyinin və məsuliyyətinin özünə aid olduğunu qəbul edir.

HÖRMƏT

Oyun daxilində və ya AzPixelə aid icma mühitlərində digər hər kəsə qarşı hörmətli olacağını qəbul edir.

5. GİZLİLİK SİYASƏTİ

Gizliliyiniz bizim üçün çox önəmlidir. Bu istiqamətdə, şəxsi məlumatları necə topladığımızı, istifadə etdiyimizi və qoruduğumuzu anlamanız üçün bu siyasəti hazırladıq.

  • Şəxsi məlumat toplamanın əvvəlində və ya zamanı, məlumatların toplanma məqsədləri müəyyən edilir.
  • Şəxsi məlumatları yalnız qanuni və ədalətli yollarla toplayırıq.
  • Şəxsi məlumatlarınızı ağlabatan təhlükəsizlik tədbirləri ilə qoruyuruq.

6. ÖDƏNİŞ VƏ VERGİLƏR

AzPixelə qeydiyyatdan keçən hər hansı birisi aşağıdakı ödəniş və vergi şərtlərini qəbul edir:

  • AzPixel Xidmətlərinin bəzi funksiyaları ödənişli ola bilər.
  • Hesabınız çərçivəsində yüklənilən bütün əlaqədar ödəniş və vergiləri ödəməyi qəbul edirsiniz.

7. GERİ QAYTARMA SİYASƏTİ

Bütün satışlar qətidir, geri qaytarıla bilməz, dayandırıla bilməz. Məcburi geri ödəmə halında təzminat almaq üçün lazımi hüquqi və ya yığım proseslərini həyata keçirmə haqqımızı özümüzdə saxlayırıq.

8. DƏYİŞİKLİKLƏR

AzPixel, qaydaları zaman-zaman əvvəlcədən bildiriş vermədən dəyişdirmə haqqını özündə saxlayır. Dəyişikliklərdən xəbərdar olmaq üçün istifadəçi, müqaviləni dövri olaraq nəzərdən keçirmə məsuliyyətində olduğunu qəbul edir.